Zərərvericilərin toplanması zamanı tələb edilməli olan ümumi tələblər açıqlanıb.
Heftelik.az-ın məlumatına görə, bu, “Bitki və bitkiçilik məhsullarının xüsusiyyətlərindən asılı olaraq, ətraflı fitosanitar karantin baxışı və ekspertiza üçün nümunələrin götürülməsi və laboratoriyaya göndərilməsinə dair Təlimat”da əksini tapıb.
Zərərvericilərin toplanması zamanı aşağıdakı ümumi tələblərə riayət edilməlidir:
– Zərərvericilərin növünün dəqiq təyin edilməsi üçün hər iki cinsə aid nümunələrin olması vacibdir. Buna görə də, zərərvericilərin toplanması zamanı hər növdən mümkün qədər çox nümunə (ən azı 10 ədəd ) toplanılmalıdır.
– Zərərvericilər son dərəcə ehtiyatla toplanmalı, onları zədələnmədən və tələf edilmədən yığmaq lazımdır.
– Zərərvericiləri əl ilə götürmək olmaz. Kəpənək və milçəkləri uçarkən əl ilə tutmaq və ya ovucun içi ilə sıxmaq olmaz. Həmçinin kiçik canlı və ölü zərərvericiləri yaş barmaqlarla yığılmamalıdır.
– Zərərvericiləri təmiz sınaq şüşələrinə yığmaq lazımdır. Bu zaman 15×60 mm ölçülü, dibi yastı entomoloji (zərərvericilərdən nümunə götürülməsi üçün istifadə olunan xüsusi sınaq şüşəsi) sınaq şüşələrindən istifadə edilir.
– Sınaq şüşələrinin ağzını yalnız təmiz hiqroskopik pambıqdan hazırlanmış tıxacla (pambıq tıxac) bağlamaq lazımdır. Tıxac (xüsusilə də canlı zərərvericilərin olduğu sınaq şüşələri üçün) kifayət qədər sıx və mütləq bir pambıq parçasından (bölünmüş pambıq hissələrindən istifadə etmək olmaz) hazırlanmış olmalıdır. Tıxacı sınaq şüşəsindən kənara çıxmayacaq şəkildə yerləşdirmək lazımdır.