Amerika ağ kəpənəyinə yoluxma ehtimalı olan təzə meyvələrə və digər bitki və bitkiçilik məhsullarına fitosanitar karantin baxışı zamanı kəpənəyin puplarını toplayarkən, yalnız tırtılların puplarını və pup qabıqlarını deyil, həmçinin pupu əhatə edən seyrək tor baramasının hamısını və ya ən azından bir hissəsini də götürmək lazımdır.
Heftelik.az-ın məlumatına görə, bu, “Bitki və bitkiçilik məhsullarının xüsusiyyətlərindən asılı olaraq, ətraflı fitosanitar karantin baxışı və ekspertiza üçün nümunələrin götürülməsi və laboratoriyaya göndərilməsinə dair Təlimat”da əksini tapıb.
Kəpənəkləri nə canlı, nə də ölü vəziyyətdə tırtıllar və ya digər zərərvericilərlə eyni sınaq şüşəsinə yerləşdirmək olmaz.