Ət və ət məhsullarının daşınması üçün xüsusi izotermik və soyuducusu olan nəqliyyat növündən (avtorefrijerator) istifadə olunmalıdır.

Heftelik.az-ın məlumatına görə, bu, “Ət satışı müəssisələrinin fəaliyyətinə dair baytarlıq-sanitariya normaları və qaydaları”nda əksini tapıb.

Nəqliyyat vasitəsi təmiz olmalı, yük bölməsində heç bir kənar qoxu olmamalı və daxili səth örtüyü asan yuyulan və dezinfeksiya edilə bilən olmalıdır.