Eyni sınaq şüşəsinə müxtəlif yüklərdən toplanmış zərərvericiləri yerləşdirmək olmaz.

Heftelik.az-ın məlumatına görə, bu, “Bitki və bitkiçilik məhsullarının xüsusiyyətlərindən asılı olaraq, ətraflı fitosanitar karantin baxışı və ekspertiza üçün nümunələrin götürülməsi və laboratoriyaya göndərilməsinə dair Təlimat”da əksini tapıb.

Canlı böcək sürfələrinin və ya tırtıllarının olduğu sınaq şüşələrinə mütləq bir qədər yem qoyulur. İri ölçülü zərərvericilərin bir-birini zədələməməsi üçün sınaq şüşəsinə yerləşə bilən büzməli kağız zolağı qoyulur.

Çox kiçik ölçülü və zərif zərərvericiləri iri ölçülü zərərvericilərlə bir yerdə eyni sınaq şüşəsinə yerləşdirmək olmaz.