Hava daşımalarına görə tariflər hazırlanacaq.

Heftelik.az-ın məlumatına görə,  bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Aviasiya haqqında” yeni qanun layihəsində əksini tapıb.

Layihəyə əsasən, daxili hava daşımalarına görə tariflər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən ediləcək.

Beynəlxalq daşımalarına görə tariflər Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq müəyyən edilir. Beynəlxalq müqavilə isə olmadıqda tariflər müqavilə əsasında müəyyənləşdiriləcək.

Layihəyə əsasən, Azərbaycan Respublikasının hava məkanında beynəlxalq uçuşlar beynəlxalq hüququn norma və prinsipləri, o cümlədən Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəaları nəzərə alınmaqla həyata keçiriləcək.

Hava gəmilərinin həyata keçirdiyi beynəlxalq uçuşlara, habelə beynəlxalq hava limanlarına və aerodromlara, beynəlxalq hava yollarına və aeronaviqasiyaya dair məlumatlar Aeronaviqasiya Məlumatlar Toplusunda dərc ediləcək.

Hava gəmilərinin beynəlxalq uçuş əməliyyatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada həyata keçiriləcək.