Heyvan və quş kəsimi məntəqələrinə dair baytarlıq-sanitariya normaları və qaydaları” səyyar, stasionar və modul tipli heyvan və quş kəsimi məntəqələrində (bundan sonra – kəsim məntəqələri) insanların keyfiyyətli və təhlükəsiz heyvan mənşəli qida məhsulları ilə təmin olunması və zoonoz xəstəliklərin qarşısının alınması məqsədilə kəsim məntəqələrinə dair baytarlıq-sanitariya normaları və qaydalarını müəyyən edir.
Heftelik.az-ın məlumatına görə, bu, “Heyvan və quş kəsimi məntəqələrinə dair baytarlıq-sanitariya normaları və qaydaları”nda əksini tapıb.
Bu Qaydalar “Baytarlıq haqqında” və “Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikasının qanunlarına, bu sahədə Azərbaycan Respublikasının qoşulduğu beynəlxalq müqavilələrə, o cümlədən BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı və Ümumdünya Səhiyyə Təşkilatının birgə orqanı olan “Codex Alimentarius” Komissiyası tərəfindən tərtib edilmiş “Ət gigiyenasının ümumi prinsipləri”nə (CAC/RCP 58-2005) uyğun olaraq hazırlanıB.