Kəsim məntəqələrinə nəql olunmuş heyvanların kəsiminə 12 saat, quşların isə 8-12 saat qalmış yemləndirilməsi dayandırılmalıdır.
Heftelik.az-ın məlumatına görə, bu, “Heyvan və quş kəsimi məntəqələrinə dair baytarlıq-sanitariya normaları və qaydaları”nda əksini tapıb.
Kəsim məntəqələrində heyvan və quş kəsimi vaxtı minimuma endirilməli və tez bir zamanda kəsim həyata keçirilməlidir. Bu müddət müvafiq olaraq 8-12 saatdan çox vaxt tələb etdiyi halda heyvanlar və ya quşlar mütləq şəkildə müəyyən miqdarda yemlə təmin olunmalıdır. Nəql zamanı zədələnmiş qısa müddət ərzində həyata keçirilməlidir.