İri həşəratların toplanmasına dair tələblər məlum olub.

Heftelik.az-ın məlumatına görə, bu, “Bitki və bitkiçilik məhsullarının xüsusiyyətlərindən asılı olaraq, ətraflı fitosanitar karantin baxışı və ekspertiza üçün nümunələrin götürülməsi və laboratoriyaya göndərilməsinə dair Təlimat”da əksini tapıb.

İri həşəratların toplanması aşağıdakı tələblərə uyğun həyata keçirilir:

– İri zərərvericilər ayrı-ayrılıqda sınaq şüşələrinə ehtiyyatla – onları zədələmədən (xüsusilə də bığ, qanad və ayaqları) toplanılır. Zərərverici toplanmış sınaq şüşəsinə yem qoyulur və sınaq şüşəsinin ağzı kip pambıq tıxacı ilə bağlanılır;

–  Çoxayaqlıların, məryəmqurdlarının, hörümçəklərin hər bir fərdi dərhal spirtlə doldurulmuş ayrı-ayrı sınaq şüşələrinə yerləşdirilir.