Müstəntiqin müvafiq təhqiqat orqanına cinayətin açılması, itkin düşmüş şəxsin və ya əmlakın tapılması üçün əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsini tapşırmaq və görülmüş tədbirlər barədə məlumat almaq və tutulma, məcburi gətirilmə və digər prosessual məcburiyyət tədbirlərinin aparılmasını müvafiq təhqiqat orqanına tapşırmaq, habelə ondan istintaq və ya digər prosessual hərəkətlərin keçirilməsinə kömək göstərilməsini tələb etmək hüququ var.

Vəkil Elməddin Məhərrəmov Heftelik.az-a bildirib ki, bu, Cinayət-Prosessual Məcəllədə əksini tapıb.