Kəsilmiş güllərdən nöqtəvi nümunələrin götürülməsi qaydası açıqlanıb.
Heftelik.az-ın məlumatına görə, bu, “Bitki və bitkiçilik məhsullarının xüsusiyyətlərindən asılı olaraq, ətraflı fitosanitar karantin baxışı və ekspertiza üçün nümunələrin götürülməsi və laboratoriyaya göndərilməsinə dair Təlimat”da əksini tapıb.
Eyni cinsli tarada qablaşdırılmış kəsilmiş gül partiyasından hər bir bitkidən aşağıdakı miqdarda bağlama vahidləri seçilməlidir:
Partiyada olan bağlama vahidlərinin sayı, ədədlə. | Seçilən bağlamaların sayı, ədədlə |
10-a qədər | 2 |
11-50 | 5 |
51-100 | 7 |
100-dən çox | 10 və hər növbəti 100 bağlama vahidinə üçün əlavə 1 bağlama |
Hər seçilmiş bağlama vahidində müxtəlif yerlərdən götürülməklə kəsilmiş güllərin 20%-nə baxış keçirilir.