Kəsim məntəqəsində təmiz və çirkli zonalar iş axınının gedişinə təsir göstərməyəcək şəkildə ayrılmalıdır.
Heftelik.az-ın məlumatına görə, bu, “Heyvan və quş kəsimi məntəqələrinə dair baytarlıq-sanitariya normaları və qaydaları”nda əksini tapıb.
Kəsim məntəqəsində havalandırma sistemi tavanda və divarlarda buxar əmələ gəlməsinin və hava axınının çirkli ərazidən təmiz əraziyə doğru hərəkət etməsinin qarşısını alacaq şəkildə quraşdırılmalıdır.