Yüklərin karantin tətbiq edilən zərərli orqanizmlər, eləcə də, təhlükəli zərərvericilərlə yoluxmasının aşkarlanması üçün əvvəlcə nəqliyyat vasitələrinin içərisinə, yəni yükün daşındığı hissələrə və ümumi sahəsinə, qapılara, o cümlədən qablaşdırma və arakəsmə materiallarına və yükün səthinə baxış həyata keçirilir.

Heftelik.az-ın məlumatına görə, bu, “Bitki və bitkiçilik məhsullarının xüsusiyyətlərindən asılı olaraq, ətraflı fitosanitar karantin baxışı və ekspertiza üçün nümunələrin götürülməsi və laboratoriyaya göndərilməsinə dair Təlimat”da əksini tapıb.

Müfəttiş ilk növbədə zərərvericilərin rast gəlinməsi ehtimalı yüksək olan yerlərdən (töküntülər, ovuntular, çatlardakı toz yığınları, yarıqlar, nisbətən çox isinən yerlər və s.) nümunələr götürülməlidir.