Müsahibənin keçirildiyi yer və vaxt barədə namizədlərə əvvəlcədən məlumat verilir.

Heftelik.az-ın məlumatına görə, bu, “Miqrasiya orqanlarına qulluğa qəbul olunmaq üçün namizədlərlə müsabiqə və müsahibənin keçirilməsi Qaydaları”nda əksini tapıb.

Müsahibəyə gələnlər özləri ilə şəxsiyyət vəsiqəsini gətirməlidirlər. Müsahibə hər bir namizədlə fərdi qaydada bu Qaydaların tələblərinə əməl edilməklə həyata keçirilir və 30 dəqiqəyədək davam edir.