Təhqiqatçının vəzifələri sırasına müvafiq şəxsləri cinayət işi üzrə zərər çəkmiş şəxs, mülki iddiaçı və ya mülki cavabdeh qismində tanımaq və cinayətin törədilməsi nəticəsində vurulmuş maddi ziyanın ödənilməsi, habelə tətbiq oluna biləcək xüsusi müsadirənin təmin edilməsi üçün tədbirlər görmək daxildir.
Vəkil Elməddin Məhərrəmov Heftelik.az-a bildirib ki, bu, Cinayət-Prosessual Məcəllədə əksini tapıb.