Qəzza zolağında Al Ahli Arab Xəstəxanasına zərbə endirilib.
Heftelik.az-ın Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, xəstəxanaya zərbə endirilməsi nəticəsində 500-dən çox ölü, yüzlərlə yaralı var.
HƏMAS İsrailin xəstəxanaya hava zərbəsi endirdiyini, İsrail Müdafiə Nazirliyi isə xəstəxananda baş verən güclü partlayışın Fələstin anklavından uğursuz raket atılması nəticəsində baş verdiyini və buna görə “İslami Cihad” qruplaşmasının məsuliyyət daşıdığını bəyan edib.
Fələstin Dövlətinin Prezidenti Mahmud Abbas xəstəxanaya hücum və yüzlərlə insanın ölümü ilə bağlı 3 gün matəm elan edib. Mahmud Abbas sabah İordaniyanın paytaxtı Ammanda ABŞ Prezidenti Co Baydenlə planlaşdırılan görüşdən də imtina edib.