Hava daşıması başlayanadək istənilən vaxt sərnişin daşıma müqaviləsini ləğv edə biləcək.

APA xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Aviasiya haqqında” yeni qanun layihəsində əksini tapıb.

Layihəyə əsasən, sərnişin hava daşımasından imtina etdiyi təqdirdə, hava daşıması üçün ödənilmiş daşıma haqqının geri qaytarılması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydaya uyğun olaraq həyata keçiriləcək.