Şimşəkdən mühafizə qurğularının təftişi ilə məşğul olan işçilər aşkar olunan zədə və ya nasazlığı göstərməklə baxış və yoxlama aktı tərtib etməlidirlər.

Heftelik.az-ın məlumatına görə, bu, “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”nda əksini tapıb.

Şimşəkdən mühafizə qurğusunun təftişinin, yerləbirləşdirmə quruluşunun sınaq yoxlamasının və təmirin nəticələri xüsusi jurnalda yazılmalıdır.