AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Elektron xidmətlər şöbəsinin müdiri Vüsalə Rafiqqızının verdiyi məlumata görə, qardaş Türkiyə Respublikasının DİN-nin Fövqəladə Hallar və Təbii Fəlakətlərin İdarə edilməsi Agentliyinin (AFAD)-ın AMEA nəzdində RSXM-ə hədiyyə etdiyi quyudibi seysmik stansiyanın quraşdırılması istiqamətində texniki işlər davam etdirilir. Bununla bağlı AMEA nəzdində RSXM-nin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Telman Cəfərov Şuşada səfərdə olub. Qeyd edək ki, hazırda quyudibi stansiyanın yerləşdiriləcəyi quyunun qazılması prosesi davam edir. Şuşa seysmik stansiyasının bu ilin sonuna qədər istifadəyə verilməsi nəzərdə tutulur.
Qeyd edək ki, RSXM tərəfindən Qarabağda və digər ətraf rayonlarda da seysmik və geofiziki stansiyasının quraşdırılması nəzərdə tutulur və hazırda bu istiqamətdə işlər davam etdirilir.