Təhqiqatçı öz icraatında olan işlə əlaqədar qeyri-aşkar üsullarla əməliyyat-axtarış tədbirləri keçirməyə haqlı deyil.

Vəkil Elməddin Məhərrəmov Heftelik.az-a bildirib ki, bu, Cinayət-Prosessual Məcəllədə əksini tapıb.

Cinayət işi prokuror və ya müstəntiq tərəfindən icraata qəbul olunduqdan sonra təhqiqatçı ayrı-ayrı istintaq hərəkətlərini, habelə müvafiq əməliyyat-axtarış tədbirlərini yalnız prokurorun və ya müstəntiqin göstərişləri ilə işlədiyi təhqiqat orqanı vasitəsilə həyata keçirir.