Tənzimlənən zərərli orqanizm karantin tətbiq edilən zərərli orqanizm və ya tənzimlənən karantin tətbiq edilməyən zərərli orqanizmdir.

Heftelik.az-ın məlumatına görə, bu, “Bitki və bitkiçilik məhsullarının xüsusiyyətlərindən asılı olaraq, ətraflı fitosanitar karantin baxışı və ekspertiza üçün nümunələrin götürülməsi və laboratoriyaya göndərilməsinə dair Təlimat”da əksini tapıb.

Yayılma yolu zərərli orqanizmlərin daxil olması və yayılmasına imkan verən istənilən vasitədir. Gizli yoluxma vizual baxış zamanı zərərli orqanizmlərin əlamətləri aşkar edilməsə də laborator müayinələr, analizlər və təhlillər nəticəsində zərərli orqanizmlərin aşkarlananmasıdır.