Taralarda daşınan və ya saxlanılan məhsullardan nümunələrin götürüldüyü bağlama vahidlərinin sayının bağlama vahidlərinin ümumi sayına nisbətdə necə müəyyənləşdirildiyi açıqlanıb.
Heftelik.az-ın məlumatına görə, bu, “Bitki və bitkiçilik məhsullarının xüsusiyyətlərindən asılı olaraq, ətraflı fitosanitar karantin baxışı və ekspertiza üçün nümunələrin götürülməsi və laboratoriyaya göndərilməsinə dair Təlimat”da əksini tapıb.
Taralarda daşınan və ya saxlanılan məhsullardan nümunələrin götürüldüyü bağlama vahidlərinin sayı partiyadakı bağlama vahidlərinin ümumi sayına nisbətdə aşağıdakı kimi müəyyənləşdirilir:
Partiyada olan bağlama vahidlərinin sayı, ədədlə | Nümunə götürülmüş bağlama vahidlərinin sayı, ədədlə |
10-a qədər | Hər bir bağlama vahidindən |
11-dən 100-ə qədər | 10 ədəd bağlama vahidindən |
100-dən çox | Bağlama vahidinlərinin ümumi sayının kvadrat kökü |