Ucar rayon İcra Hakimiyyətinin Başçısı Mənsur Məmmədov 18 oktyabr 2023-cü il tarixdə rayonun Təzə Şilyan (Müsüslü kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi) kəndində səyyar qəbul keçirib.
Heftelik.az-ın məlumatına görə, səyyar qəbulda Müsüslü və Təzə Şilyan kənd sakinlərinin problemləri dinlənilərək bir sıra məsələlər yerindəcə həll olunmuş, vaxt tələb edən digər məsələlərin həlli isə əlaqədar vəzifəli şəxslərə tapşırılıb.
Səyyar qəbulda rayonun aidiyyatı təşkilatlarının rəhbərləri də iştirak edib.