Vaşinqtonda ABŞ Konqresinin binası yaxınlığında Qəzza zolağında atəşkəsə dəstək nümayişi keçirlib.
Heftelik.az-ın “RİA-Novosti”-yə istinadən verdiyi məlumata görə, atəşkəs tələbi ilə çıxış edən nümayişçilər ABŞ-də Kapitoli binasına daxil olublar.
ABŞ Konqresinin binasındakı etiraz aksiyasının təşəbbüskarlarından biri olan Sülh Naminə Yəhudi Səsi təşkilatı nümayişlərdə 10 min insanın iştirak etdiyini bildirib.
Yüzə yaxın adam saxlanılıb.
Polisin müharibə əleyhdarı fəalları ABŞ Konqresinin binasından uzaqlaşdırdığı da bildirilib.