Ağdam şəhərində görüləcək işlərin miqyası daha çoxdur. Bu gün orada genişmiqyaslı tikinti işləri gedir.
Heftelik.az-ın məlumatına görə, bunu Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov bildirib.
“Artıq 3 məhəllənin təməli qoyulub. İki məhəllədə işlərə başlanılıb. Daha 3 məhəllənin yaxın zamanda təməli qoyulacaq. Gələn ilin əvvəlində bütün bu tikinti işlərinə başlanılacaq.2025-ci ilin ortalarından başlayaraq Ağdam şəhərinə və onun ətraf kəndlərinə, Xıdırlı, Kəngərli, Sarıcalıya məskunlaşmanı həyata keçirə bilərik. Bunun ardınca digər kəndlər də gələcək, Arazxanbəyli, Salahlı, Kəngərli, Güllücə, bütün bu kəndlərin hamısı l Dövlət proqramında qoyulmuş vaxta uyğun olaraq tikilib təhvil veriləcək”, – deyə Emin Hüseynov bildirib.