Meyvə milçəklərinin canlı sürfələrinin toplanmasına dair tələblər məlum olub.
Heftelik.az-ın məlumatına görə, bu, “Bitki və bitkiçilik məhsullarının xüsusiyyətlərindən asılı olaraq, ətraflı fitosanitar karantin baxışı və ekspertiza üçün nümunələrin götürülməsi və laboratoriyaya göndərilməsinə dair Təlimat”da əksini tapıb.
Meyvə milçəklərinin canlı sürfələrinin toplanması aşağıdakı tələblərə uyğun həyata keçirilir:
– Kəsilmiş meyvədə tapılmış, qidalanmanı tamamlamamış meyvə milçəklərinin sürfələrini, xüsusilə kiçik olanları (uzunluğu 5 mm-dən az olan), meyvədə saxlamaq lazımdır. Aşkar edilmiş meyvə milçəklərinin sürfələri kəsilmiş meyvə ilə birlikdə nümunə paketlərində (qalın parça və ya kağız torbalar) laboratoriyaya göndərilməlidir.
– Qidalanması başa çatmış və meyvədən çıxmağa hazır olan və ya meyvəni artıq tərk etmiş milçəklərin sürfələri tapıldıqda onları boş sınaq şüşəsinə yerləşdirərək, sınaq şüşəsinin ağzını çox sıx şəkildə pambıq tıxacla bağlamaq lazımdır. Daha sonra sınaq şüşəsini zədələnmiş meyvə ilə birlikdə polietilen kisəyə yerləşdirərək məntəqəyə və ya laboratoriyaya canlı vəziyyətdə çatdırmaq lazımdır.