Partlayış təhlükəli otaqlarda qığılcımdan mühafizəli olmayan cihazlarla parametrlərin ölçülməsi, cihazların tənzimlənməsi qadağandır.

Heftelik.az-ın məlumatına görə, bu, “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”nda əksini tapıb.

Neftvurma stansiyasının nasosxana otaqlarının xaricində, girişdən 6 m-dən artıq olmayan məsafədə nasos aqreqatlarının dayandırmaq və yanğınsöndürmə sistemini işə salmaq üçün düymələr quraşdırılmalıdır.