Əkin materialından nöqtəvi nümunələrin götürülməsi qaydası məlum olub.
Heftelik.az-ın məlumatına görə, bu, “Bitki və bitkiçilik məhsullarının xüsusiyyətlərindən asılı olaraq, ətraflı fitosanitar karantin baxışı və ekspertiza üçün nümunələrin götürülməsi və laboratoriyaya göndərilməsinə dair Təlimat”da əksini tapıb.
Gül bitkilərinin soğanağı, soğanaqlı yumruları, kökümsov və kök yumrularından nümunələr bu Təlimatın 8-ci hissəsində göstərilən qaydalara uyğun olaraq götürülür.
Dibçək bitkilərindən nümunələrin götürülməsi aşağıdakı tələblərə uyğun həyata keçirilir:
Yeşik altlıqlarda olan dibçək bitkilərinə baxış zamanı aşağıdakı miqdarda yeşik altlıqları götürülür:
Partiyada olan yeşik altlıqların sayı, ədədlə | Seçilmiş altlıqların sayı, ədəd |
10-a qədər | 2 |
11-20 | 3 |
21-50 | 5 |
50 ədəddən çox | 5 və hər sonrakı 50 ədəd üçün əlavə 1 yeşik altlıq |
Hər yeşik altlıqdakı dibçək bitkilərinin 10%-i ekspertizaya cəlb edilir;
Dibçək bitkiləri altlıqsız və qablaşdırılmamış olarsa, onda nümunələr dibçək bitkilərinin hər bir növünün miqdarından asılı olaraq seçilib, götürülür.
Partiyada olan dibçək bitkilərinin sayı, ədədlə | Seçilən dibçək bitkilərinin miqdarı, ədədlə |
50-yə qədər | hamısı |
51-300 | 50 və hər sonrakı 5 dibçək bitkisi üçün əlavə 1 ədəd |
301-1000 | 50 və hər sonrakı 20 dibçək bitkisi üçün əlavə 1 ədəd |
1000-dən çox | 50 və hər sonrakı 100 dibçək bitkisi üçün əlavə 1 ədəd |