Səhhətimdə problem var, əməliyyat olunmuşam.
Heftelik.az-ın məlumatına görə, bunu Report-a açıqlamasında Azərbaycanın ilk İnsan Hüquqları üzrə müvəkkili (Ombudsman) Elmira Süleymanova bildirib.
O, ölkədə baş verən bütün prosesləri izlədiyini söyləyib: “Xankəndiyə bayrağımızın sancılması sevindiricidir. Hamımızın gözü-qulağı orada idi. Çox şükür! Xalq olaraq, hər zaman o hisslərlə yaşamışıq”.
Sabiq Ombudsman hazırda Azərbaycan Ağsaqqalar Şurasının sədr müavini kimi fəaliyyət göstərdiyini də vurğulayıb:
“Akademiyada da işlərimi davam etdirirəm. Hazırda səhhətimdə problem var. O qədər də yaxşı deyiləm. Əməliyyat olunmuşam”.
Qeyd edək ki, E.Süleymanova 1937-ci ildə anadan olub.