Müəssisə daxilində dezinfeksiya və digər sanitariya normaları və qaydalarına əsasən görülən işlərin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 may 2007-ci il tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət nümunəvi baytarlıq uçot və hesabat sənədləri blanklarının Forması”na uyğun olaraq tərtib edilmiş dövlət nümunəvi baytarlıq uçotu sənədlərinə (jurnallarına) uyğun olaraq uçotu aparılır.
Heftelik.az-ın məlumatına görə, bu, “Ət satışı müəssisələrinin fəaliyyətinə dair baytarlıq-sanitariya normaları və qaydaları”nda əksini tapıb.
Müəssisədə mövcud olan və kəsim prosesində istifadə olunan bütün ləvazımatların (avadanlıq və alətlər) ən azı gündə bir dəfə dezinfeksiyası aparılmalıdır. Ət və ət məhsulları ilə təmasda olan kəsici alətlər hər iş gününün sonunda sterilizasiya aparatı ilə dezinfeksiya edilməlidir.