Fitosanitar karantin baxışı zamanı bəzi həşəratlar birbaşa içərisində spirt olan sınaq şüşələrinə yerləşdirilir.
Heftelik.az-ın məlumatına görə, bu, “Bitki və bitkiçilik məhsullarının xüsusiyyətlərindən asılı olaraq, ətraflı fitosanitar karantin baxışı və ekspertiza üçün nümunələrin götürülməsi və laboratoriyaya göndərilməsinə dair Təlimat”da əksini tapıb.
Tırtıllar, böcəklərin yumşaqbədənli sürfələrini və pupları yığma zamanı müvəqqətti olaraq canlı saxlanılır, sonra isə laboratoriya şərtlərində sabitləşdirilir (fiksə edilir) və bundan sonra saxlama üçün spirtə yerləşdirilir.