“Galatasaray” futbol komandasının baş məşqçisi Okan Burukla müqavilənin müddəti uzadılıb.
Heftelik.az-ın məlumatına görə, bunu “Galatasaray” klubunun prezidenti Dursun Özbək bildirib.
Qeyd edək ki, bu gün Okan Burukun 50 yaşı tamam olur. Bu münasibətlə klubun təsislərində məşqdən əvvəl kiçik mərasim təşkil olunub.
İdarə Heyətinin üzvləri ilə mərasimə qatılan Dursun Özbək Okan Burukun doğum günündə onunla müqavilənin müddətinin uzadıldığını açıqlayıb.
Müqavilənin detalları barədə əlavə məlumat verilməyib.