Heyvan və quş daşıyan nəqliyyat vasitələri, kəsimdə, məhsulların tədarükündə istifadə olunan texniki avadanlıq, alət və ləvazimatlar, həmçinin səthlər təmiz olmalı və çirkləndikdə və ya hər iş gününün sonunda dezinfeksiya edilməlidir.
Heftelik.az-ın məlumatına görə, bu, “Heyvan və quş kəsimi məntəqələrinə dair baytarlıq-sanitariya normaları və qaydaları”nda əksini tapıb.
Heyvan və quş cəmdəyinin doğranması prosesində taxta (kötük) və qida məhsulları üçün istifadəyə yararlı polietilen materiallardan hazırlanmış plastik lövhələrdən istifadə edilə bilər.