Karantin tətbiq edilən zərərli orqanizmlər və yaxud digər təhlükəli zərərvericilər aşkarlandıqda yoxlama dayandırılır, yoluxmuş məhsullar qanunvericiliyə uyğun qaydada zərərsizləşdirilir və ya geri qaytarılır.
Heftelik.az-ın məlumatına görə, bu, “Bitki və bitkiçilik məhsullarının xüsusiyyətlərindən asılı olaraq, ətraflı fitosanitar karantin baxışı və ekspertiza üçün nümunələrin götürülməsi və laboratoriyaya göndərilməsinə dair Təlimat”da əksini tapıb.
Fitosanitar nəzarətin keçirilməsi zamanı rast gəlinən zədələnmiş və xəstəliklərə yoluxmuş, və ya yoluxma əlamətləri olan bütün bitkiçilik məhsulları seçilərək ayrıca nümunə paketlərinə yığılır və laboratoriya eksperizası üçün ayrılan nümunəyə daxil edilir.