“Muğan Bank” ASC-nin ölkənin bank sisteminin aktivlərində xüsusi çəkisi 1,4%, kredit portfelində 2%, sektorun öhdəliklərində isə cəmi 1,3% təşkil edir.
Heftelik.az-ın xəbərinə görə, bu barədə Azərbaycan Mərkəzi Bankının bankın lisenziyasının ləğv edilməsi ilə bağlı məlumatında qeyd edilib.
Qeyd edilib ki, “Muğan Bank”ın bank lisenziyasının ləğvi bank sektorunun maliyyə dayanıqlığı və maliyyə sabitliyinə heç bir təhdid yaratmır.