Nasos aqreqatlarının avtomatlaşdırılması və telemexanizasiyası karbohidrogenlərin buraxıla bilən həddi artdıqda ventilyasiyanın qəza sistemlərinin avtomatik qoşulmasını, çənlərdən neftin daşmasına (axmasına) qarşı və çənlərin yol verilən doldurulma – boşaltma sürətini keçməsinə qarşı avtomatik mühafizə vasitələrinin etibarlı işini və neft kəmərlərində təzyiqin yol verilən qiymətdən yuxarı artmasına qarşı avtomatik mühafizəni təmin etməlidir.

Heftelik.az-ın məlumatına görə, bu, “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”nda əksini tapıb.