Səyyar (mobil tipli) kəsim məntəqəsi – kənd təsərrüfatı məhsullarının satışı yarmarkalarında, Qurban bayramı yaxud digər xüsusi tədbirlər həyata keçirilən günlərdə baytarlıq-sanitariya və zoogigiyena normalarına və qaydalarına uyğun olaraq müvəqqəti heyvan və quş kəsimi üçün yerli özünüidarəetmə orqanları tərəfindən müəyyən edilmiş yerdə qurulan qurğudur.
Heftelik.az-ın məlumatına görə, bu, “Heyvan və quş kəsimi məntəqələrinə dair baytarlıq-sanitariya normaları və qaydaları”nda əksini tapıb.
Stasionar kəsim məntəqəsi heyvan və quş kəsiminin, heyvan mənşəli qida məhsullarının ilkin emalının həyata keçirildiyi məntəqə (bina və ya digər tikililər),modul tipli kəsim məntəqəsi – heyvan və ya quş kəsimi həyata keçirilən dəmir konstruksiya ilə quraşdırılan müvəqqəti tikilidir.