Şabranda naməlum kişi meyiti tapılıb.
Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə, meyit Şabran şəhəri ərazisində aşkarlanıb.
Meyiti tapılan şəxsin Quba rayon sakini, 2000-ci il təvəllüdlü Ramazanov Rafael Novruz oğlu olduğu məlum olub.
Onun 2-3 ay öncə öldüyü ehtimal edilir. Hazırda Rafael Ramazanovun ölüm səbəbi araşdırılır.