Sirayətlənmə yükün zərərli orqanizmlərin təsiri nəticəsində yoluxma halıdır.
Heftelik.az-ın məlumatına görə, bu, “Bitki və bitkiçilik məhsullarının xüsusiyyətlərindən asılı olaraq, ətraflı fitosanitar karantin baxışı və ekspertiza üçün nümunələrin götürülməsi və laboratoriyaya göndərilməsinə dair Təlimat”da əksini tapıb.
Aşkarlama (zərərli orqanizmin) yükə baxış və ya yükdən götürülən nümunələrin analizi zamanı zərərli orqanizmlərin aşkarlanmasıdır.
Nümunə vahidi müəyyənləşdirilməsi zərərli orqanizmin mal üzərində paylanma eyniliyi, zərərli orqanizmlərin hərəkətlilik və ya hərəkətsizlik dərəcəsi, yükün qablaşdırılması üsulu, onun ehtimal olunan istifadəsi kimi məsələlərlə əlaqədar olaraq yükdən götürülməsi nəzərdə tutulan nümunənin forma və həcmini təyin edən ölçü vahididir.