Təhqiqatçının vəzifələri sırasına tutulmuş şübhəli şəxsi hüquqi yardım ödənişlərindən azad etmək, prokurorun və müstəntiqin göstərişlərini və qərarlarını icra etmək, prokurora və məhkəməyə yazılı və şifahi izahatlar vermək və ibtidai istintaqı məcburi olan cinayət işləri üzrə təxirəsalınmaz istintaq hərəkətlərini apardıqdan sonra cinayət işi başlanmasından 10 (on) gündən gec olmayaraq iş üzrə bütün materialları istintaq aidiyyəti qaydalarına uyğun olaraq istintaq orqanına göndərmək daxildir.
Vəkil Elməddin Məhərrəmov Heftelik.az-a bildirib ki, bu, Cinayət-Prosessual Məcəllədə əksini tapıb.