Yarma və undan nümunə götürülməsinə dair tələblər məlum olub.

Heftelik.az-ın məlumatına görə, bu, “Bitki və bitkiçilik məhsullarının xüsusiyyətlərindən asılı olaraq, ətraflı fitosanitar karantin baxışı və ekspertiza üçün nümunələrin götürülməsi və laboratoriyaya göndərilməsinə dair Təlimat”da əksini tapıb.

Yarma və undan nümunə götürülməsi aşağıdakı tələblərə uyğun həyata keçirilir:

Yarma və un məhsulları üzrə daşınma prosesləri bağlama vahidi kimi kisələrdən istifadə edilir. Kisələrlə daşınan yarma və un məhsullarından götürüləcək nümunələrin sayı partiyadakı kisələrin ümumi sayından asılıdır. Bu asılılığın nisbəti aşağıda göstərilmişdir:

 

Partiyada olan kisələrin sayı, ədədləNümunə götürülən kisələrin sayı, ədədlə
5-ə qədərBütün kisələr
6-dan 100-ə qədər5-dən az olmayaraq
101-dən 300-ə qədər7-dən az olmayaraq
301-dən 1000-ə qədər10-dan az olmayaraq
1000-dən çox10 və hər sonrakı 1000 kisə üçün əlavə 2 kisə

 

Hər kisədən 200-300 qram un götürülür və bu 1 (bir) nöqtəvi nümunə hesab edilir.  Hərəkətdə olan (konveyerdə) məhsuldan nöqtəvi nümunələr nümunəgötürücü və ya çalov vasitəsi ilə bərabər intervallarla (ən azı hər 2 saatdan bir) elə hesabla götürülür ki, ilkin nümunənin kütləsi hərəkətdə olan məhsulun hər 1 tonuna 50 qramdan az olmasın. Nümunənin ümumi kütləsi 200-300 qram olmalıdır. Yüklənmiş un daşıyan avtomobillərdən nümunələr şuplar vasitəsi ilə yüklənmə lyukundan iki qatdan – üst səthdən 10 sm dərinlikdən və alt qatından 15 sm məsafədə götürülür. İlkin nümunənin kütləsi ekspertiza nümunəsinin kütləsindən az olmamalıdır.