Hər bir amil üzrə balların kəmiyyəti iş yerində Əmək şəraitinin qiymətləndirilməsi cədvəlində qeyd olunur.

Heftelik.az-ın məlumatına görə, bu, “İş yerlərinin attestasiyasının nəticələrinə əsasən əmək şəraitinin ağır və zərərliyinin qiymətləndirilməsi metodikası”nda əksini tapıb.

Bununla yanaşı mövcud amilin əmək şəraitinin vəziyyətinə təsirinin qiymətləndirilməsi üçün iş vaxtı (növbəsi) ərzində onun təsirinin müddəti nəzərə alınmalıdır.

 

Zərərlik amillərinin və işin ağırlığı dərəcələri üzrə təyin olunmuş ballar aşağıdakı düsturla təshih edilir:

 

Xfakt.= Xdər.xT

 

burada,

 

Xdər.- iş yerində Əmək şəraitini qiymətləndirmə cədvəlində göstərilən Əməyin Gigiyenik Təsnifatının göstəriciləri üzrə müəyyən olunmuş zərərlik amilinin və işin ağırlıq dərəcəsi,

T- mövcud amilin təsir müddətinin iş vaxtı (növbəsi) müddətinə nisbəti, əgər bu amilin təsir müddəti iş vaxtı (növbəsinin) 90%-ndən artıq təşkil edirsə, onda T=l.