Canlı böcək sürfələrinin toplanmasına dair tələblər müəyyənləşib.
Heftelik.az-ın məlumatına görə, bu, “Bitki və bitkiçilik məhsullarının xüsusiyyətlərindən asılı olaraq, ətraflı fitosanitar karantin baxışı və ekspertiza üçün nümunələrin götürülməsi və laboratoriyaya göndərilməsinə dair Təlimat”da əksini tapıb.
Canlı böcək sürfələrinin toplanması aşağıdakı tələblərə uyğun həyata keçirilir:
– Unyeyən, dənyeyən, dəriyeyən və s. böcəklərin sürfələrinin yığılması zamanı onların hərəkət yolunun qarşısına ağzı açıq sınaq şüşəsi yerləşdirilir. Sonra sürfəni talaşa, kağız parçası və ya neştər ucu ilə itələyərək sınaq şüşəsinin içərisinə düşməsinə və ya sınaq şüşəsinin içərisinə sürünüb girməsinə kömək edilir.
– Canlı böcək sürfələrini aspiratorla yığmaq olmaz.