Milli Məclisin deputatı Ceyhun Məmmədov yl hərəkəti qaydalarını pozub.

Heftelik.az-ın xəbərinə görə, yol hərəkəti qaydalarını pozması barədə görüntüləri deputat özü “İnstagram”-da paylaşıb.

Belə ki, Ceyhun Məmmədov avtomobil idarə edən zaman mobil telefonla ərəb mediasına açıqlama verdiyi videogörüntünü sosial şəbəkədə paylaşıb. Deputat həmin videogörüntü ilə bağlı paylaşımında bildirib ki, “Görünən ki, hələ informasiya müharibəsi uzun müddət davam edəcək, Qarabağdakı son proseslərə ərəb mediası da böyük maraq göstərdi”.

“Yol hərəkəti haqqında” qanuna əsasən, sürücüyə nəqliyyat vasitəsinin hərəkəti zamanı telefonu əldə saxlamaqla ondan istifadə etmək qadağandır. İnzibati Xətalar Məcəlləsinin 342.6-cı maddəsinə əsasən, nəqliyyat vasitəsinin hərəkəti zamanı sürücünün telefonu əldə saxlamaqla ondan istifadə etməsinə görə əlli manat məbləğində cərimə edilir.