Kəsim məntəqələrində istifadə edilən alət və ləvazimatlar istifadədən sonra təmizlənməli və hər iş gününün sonunda dezinfeksiya edilməlidir.
Heftelik.az-ın məlumatına görə, bu, “Heyvan və quş kəsimi məntəqələrinə dair baytarlıq-sanitariya normaları və qaydaları”nda əksini tapıb.
Kəsim məntəqəsində heyvan kəsimi prosesi bitdikdən sonra və ya səyyar (mobil tipli) kəsim məntəqəsinin köçürülməsi zamanı son mexaniki təmizlik və dezinfeksiya işləri həyata keçirilməlidir.