Heyvan və quş cəmdəyi baytarlıq-sanitariya qaydalarına uyğun kəsilərək qansızlaşdırılmış, dərisi soyulmuş və ya tükləri təmizlənmiş (quşlara münasibətdə), daxili orqanları, başı kəsilib və ətrafları diz oynağından kəsilib ayrıldıqdan sonra bütöv heyvan və quş gövdəsidir.
Heftelik.az-ın məlumatına görə, bu, “Heyvan və quş kəsimi məntəqələrinə dair baytarlıq-sanitariya normaları və qaydaları”nda əksini tapıb.
Baytarlıq-sanitariya ekspertizası kəsim üçün nəzərdə tutulmuş heyvan və quşların, heyvan mənşəli qida məhsulların dövlət baytarlıq müfəttişləri tərəfindən yoxlanılması, müayinəsi, onlara baxışın keçirilməsi və xüsusi müayinələrin aparılmasıdır.