Kəsim məntəqələrinin yerləşməsinə dair tələblər məlum olub.
Heftelik.az-ın məlumatına görə, bu, “Heyvan və quş kəsimi məntəqələrinə dair baytarlıq-sanitariya normaları və qaydaları”nda əksini tapıb.
Kəsim məntəqələri yaşayış sahələri, ictimai təyinatlı və ya ümumi istifadədə olan obyektlərdən və su hövzələrindən (axar su mənbələrindən) aşağıdakı ara məsafələri (sanitar-mühafizə zolaqları) gözlənilməklə, yerləşdirilir:
– avtomobil yollarından – 30 metr;
– fermalardan – 50 metr;
– su hövzələrindən – 100 metr;
– sənaye müəssisələrindən – 150 metr;
– ictimai təyinatlı və ya ümumi istifadədə olan obyektlərdən, o cümlədən yaşayış binalarından – 300 metr.