Xəzər dənizində suyun səviyyəsi düşüb. Aparılan tədqiqatlar göstərir ki, Volqa çayında suyun səviyyəsi 30 faizdən çox azalıb.
Heftelik.az-ın məlumatına görə, bunu Coğrafiya İnstitutunun baş direktoru, professor Zakir Eminov bildirib.
Coğrafiya İnstitutunun baş direktoru deyib ki, Kür çayı demək olar quruyub və son iki ildir Xəzərə şirin su gətirmir:
“Xəzərdə suyun səviyyəsinin azalmasının bir səbəbi də isti küləklərlə əlaqədardır. Son illərdə isti küləkli günlərin sayı artıb”.