Milçəklər, kəpənəklər, böcəklər yığma zamanı dərhal morilkalara (öldürücü kameralara) yerləşdirilir.

Heftelik.az-ın məlumatına görə, bu, “Bitki və bitkiçilik məhsullarının xüsusiyyətlərindən asılı olaraq, ətraflı fitosanitar karantin baxışı və ekspertiza üçün nümunələrin götürülməsi və laboratoriyaya göndərilməsinə dair Təlimat”da əksini tapıb.

Ən sadə morilka həcmi 50 və ya 100 ml olan kiçik enliboğaz şüşə balondan və ya daha yaxşısı diametri aspiratorun diametrinə uyğun olan enli divarlı sınaq şüşəsindən hazırlanır. Morilkaya nəmin hopdurulması və həşəratların zədələnmələrdən qorunması üçün filtr kağızından bir neçə büzməli zolaq yerləşdirilir. Öldürücü kameranın içi hər zaman quru və təmiz olmalıdır. Bu səbəbdən öldürülmüş həşəratların boşaldılmasından sonra onu pambıq və ya əski ilə silmək və filtrasiya kağızının zolaqlarını çirkləndikcə dəyişdirmək lazımdır.