Özünü politoloq kimi təqdim edən Nəzakət Məmmədova həbs edilib.
Heftelik.az-ın məlumatına görə, Nəzakət Məmmədova Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən cinayət məsuliyyətinə cəlb edilib.
N.Məmmədovaya qarşı Cinayət Məcəlləsinin 274-cü ( dövlətə xəyanət) maddəsi ilə ittiham irəli sürülüb.