Meyvə milçəklərinin puparilərinin toplanmasına dair tələblər məlum olub.
Heftelik.az-ın məlumatına görə, bu, “Bitki və bitkiçilik məhsullarının xüsusiyyətlərindən asılı olaraq, ətraflı fitosanitar karantin baxışı və ekspertiza üçün nümunələrin götürülməsi və laboratoriyaya göndərilməsinə dair Təlimat”da əksini tapıb.
Meyvə milçəklərinin puparilərinin toplanması aşağıdakı tələblərə uyğun həyata keçirilir:
– Meyvələrə baxış zamanı meyvə milçəklərinin bağlı pupariləri aşkar edildikdə, onları neştərin köməyi ilə substratdan ayırmaq və sınaq şüşəsinə yerləşdirmək lazımdır. Kağıza yapışmış pupariləri kağızın həmin hissəsi ilə birlikdə, bir-birindən ayırmadan sınaq şüşəsinə yerləşdirmək lazımdır;
– Pupariləri və onlara aid ayrı-ayrı hissələrini itirmədən toplamaq lazımdır.